AmCham Azərbaycanda ixrac yönümlü fəaliyyəti stimullaşdıran məsləhətlər paketi hazırlayacaq

AmCham Azərbaycanda ixrac yönümlü fəaliyyəti stimullaşdıran məsləhətlər paketi hazırlayacaq
16:53 18 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Bakıda "Azərbaycanın qeyri-neft sektorunda ixracat imkanlarının stimullaşdırılması" mövzusunda beynəlxalq konfrans təşkil edilib.
"Paşa Bank"dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) təşkil etdiyi tədbirin baş sponsoru "PAŞA Bank" olub. Konfransda iqtisadiyyat, kənd təsərrüfatı, inşaat, sənaye sahələrində fəaliyyət göstərən 30 aparıcı ixracatçı şirkət, həmçinin Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, "PAŞA Bank", "PAŞA Holdinq", "Türk Eximbank" və digər təşkilatların mütəxəssisləri iştirak ediblər. Konfransda yerli biznesmenlərlə ölkədə və regionda cari makroiqtisadi iqlimi, ixracatın dəstəklənməsinə yönəldilmiş maliyyə dəstəyi potensialı, xarici iqtisadiyyatın vergi tənzimlənməsi məsələləri müzakirə edilib, həmçinin praktiki seminar keçirilib. Eyni zamanda, beynəlxalq bazara çıxış strategiyasının qurulması prinsipləri, ixrac əməliyyatlarının həyata keçirilməsi, xarici iqtisadi fəaliyyətin aparılması üçün lazımi normativ sənədlər, ixrac əməliyyatlarının qısa və orta müddətli perspektivlərdə inkişafı müzakirə mövzusu olub. Konfransın nəticəsi olaraq, AmCham ölkədə ixrac yönümlü fəaliyyəti stimullaşdıran məsləhətlər paketinin hazırlanmasını planlaşdırır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR