Rusiyada 54 dərəcə şaxta

Rusiyada 54 dərəcə şaxta
16:54 18 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Maqadan vilayətində 54 dərəcə şaxta qeydə alınıb.

APA-nın Rusiya bürosunun məlumata görə, kritik şaxtalıhava Maqadan vilayətinin bir neçə rayonunda müşahidə olunub.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Maqadan vilayəti üzrə Baş İdarəsindən bildirilib ki, havanın temperaturunun kəskin soyuması dekabrın 16-dan başlayıb. Orta məktəblərdə dərslər təxirə salınıb. Vilayətin bir sıra rayonları ilə rabitə əlaqəsi kəsilib. Yolları qardan təmizləyən texnika isə sıradan çıxıb. 
 

Sinoptiklərin məlumatına görə, yaxın günlərdə temperaturun -60 dərəcəyə düşəcəyi gözlənilir. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR