Tərtər rayonunun daha iki kəndi qazlaşdırılıb

Tərtər rayonunun daha iki kəndi qazlaşdırılıb
17:03 18 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 18 dekabr, AZƏRTAC 
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Qaradağlı və Köçərli kəndləri də əlavə olunub. 850 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 55122 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, kəndlərə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açılış mərasimində çıxış edərək, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, cəbhə bölgəsinə göstərilən dövlət qayğısından, infrastrukturun yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, artıq Tərtər şəhəri və rayonun 32 kəndi təbii qazla təmin olunub. Hazırda rayonun Seydimli, İlxıçılar, Azadqaraqoyunlu, Dəmirçilər, Ağkənd, Sarov, Bəyimsarov, Kəbirli kəndlərində qaz çəkilişi davam etdirilir.
Çıxış edən sakinlər regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda məşəl alovlandırılıb, yaşayış məntəqələrinə “mavi yanacaq” verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terter_rayonunun_daha_iki_kendi_qazlasdirilib-912445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR