İntellektualların kino biliyi üzrə yarışı - FOTO

İntellektualların kino biliyi üzrə yarışı - FOTO
17:17 18 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan" İntellektual Oyunlar Klubunun aktivləri milli və dünya kinosu bilikləri üzrə 60 sualdan ibarət turnirinin ideya müəllifi və təşkilatçısı olmuşlar.

Təşkilat komitəsinin sədri Aydın Piriyev olan turnirin redaktor heyəti Lətif Məmmədov, Xəyal Məmmədov, Şəhriyar Əliyev olmuşdur.
Turnirin qalibi olan HİT komandası klub tərəfindən xüsusi hədiyyəylə təltif olunublar.

Qeyd edək ki, AİOK tez-tez bu tip tematik yarışların təşkilatçısı olur. Kino sahəsində bilik yarışması isə artıq ikinci dəfədir ki, keçirilir.

"Azərbaycan" İntellektual Oyunlar Klubu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompyuter Kollecində oyunlar təşkil edir.

Eyni zamanda, həftənin bazar günləri AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində "Nə? Harada? Nə zaman?", "Fərdi Oyun" və "Breyn Rinq" formatında oyunlar keçirilir. Oyunlarda tələbələrarası çempionatlarda aktivlik göstərən ali müəssisələrini təmsil edən komandalar, intellektual hərəkatda aktiv olan tələbə gənclər və ümumi intellektuallar iştirak edir. Klub iki dildə oyunlar təşkil edən yeganə intellektual klubdur.

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR