Milli Məclis komitə sədrlərinə əlavə səlahiyyətlər verilməsi barədə layihəni qəbul edib

Milli Məclis komitə sədrlərinə əlavə səlahiyyətlər verilməsi barədə layihəni qəbul edib
17:17 18 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) komitə sədrlərinə parlamentin plenar iclaslarında növbədənkənar çıxış etmək hüququnun verilməsi barədə layihə MM-in plenar iclasında müzakirəyə çıxarılıb. "Report"un xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklik layihəsinə əsasən, komitə sədrlərinə parlamentin plenar iclaslarında növbədənkənar çıxış etmək hüququ verilir.
Hazırkı nizamnaməyə görə isə Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir.
İclasda həmçinin deputatlara eyni anda iki komitənin üzvü olmaq hüququnun verilməsi də müzakirəyə çıxarılıb.
Layihələr müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.  

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/milli-meclis-komite-sedrlerine-elave-selahiyyetler-verilmesi-barede-layiheni-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR