"Çelsi"yə yeni baş məşqçi gəldi (FOTO)

"Çelsi"yə yeni baş məşqçi gəldi (FOTO)
17:21 18 Dekabr 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

“Çelsi”yə yeni baş məşqçi təyin olunub.

ANS PRESS-in məlumatına görə, Rusiyanın sabiq baş məşqçisi hollandiyalı Qus Hiddinq “Çelsi”də Joze Mourinyonu əvəz edəcək. Bu barədə "De Telegraaf" "Tvitter" səhifəsində paylaşıb.

69 yaşlı mütəxəssis Londonda klubun rəhbəri Roman Abramoviçlə görüşəcək. Hiddink mövsumun sonuna qədər komanda ilə müqavilə bağlayacaq.


"De Telegraaf"-ın "Tvitter" səhifəsi.

Qus Hiddinq 2009-ci ildə "Çelsi"nin baş məşqçisi olub. Komanda ilə İngiltərə kubokunun qalibi olub. O, bundan sonra Hollandiya yığmasının baş məşqçisi təyin olunub. Klubla Hiddinqin yolu 2015-ci ilin iyun ayında ayrılıb.

"Çelsi" klubu Joze Mourinyo ilə yollarını bir neçə gün öncə ayırıb. Mövsümdə doqquzuncu məğlubiyyətini "Çelsi" bazar ertəsi İngiltərə çempionatının 16-cı turunda "Lesterə" (1:2) qarşı oyunda alıb. London klubu hazırda turnir cədvəlində "Suonsi"ni qabaqlayaraq 16-cı yerdə gedir.


"Çelsi" klubunun turnir cədvəlindəki vəziyyəti.


Joze Mourinyo - məşqçi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367619

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR