Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
17:23 18 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabr ayının ikinci ongünlüyü üçün monitorinq keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kür çayında su sərfi dekabr ayının birinci ongünlüyünə nisbətən saniyədə 21 kubmetr azalıb. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3,8, Ağstafaçayda 3,5, Ağstafaçay su anbarında isə 3,7 dəfə yol verilən qatılıq həddini keçib.
Fenolların Araz çayı üzrə Horadizdə 3,6, Birinci Şahsevəndə 3,5, Bəhramtəpədə isə 3,2 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib. Suyun oksigen rejimi isə bütün məntəqələrdə sanitar norma daxilində dəyişib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kur_chayinda_biogen_maddelerin_miqdari_normadan_defelerle_artiqdir-912452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR