Bakı metrosunda ventilyasiya sistemi müasirləşdirilir

Bakı metrosunda ventilyasiya sistemi müasirləşdirilir
17:33 18 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Bakı metrosunda ventilyasiya sistemi müasirləşdirilir.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, xüsusən istismar müddəti başa çatmaqda olan ventilyatorların daha güclüləri ilə əvəzlənməsi və ya modernləşdirilməsi prosesi sürətləndirilib.
Bu ilin planına uyğun olaraq, “Gənclik” və “Nərimanov” metro stansiyalarında metropolitenin istismara verildiyi günlərdən istifadədə olan ventilyatorlar sökülərək, əvəzinə Almaniya istehsalı olan LTL TA tipli müasir analoqları qoyulub. Bu qurğular metropolitendə son illərdə tətbiq edilir. “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül”, həmçinin yeniçistismara veriləcək “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında da bu avadanlıqlar quraşdırılıb.
Əvvəlkilərlə müqayisə etdikdə, bu avadanlıqlar gücünə, məhsuldarlığına, texniki qulluq parametrlərinə görə, həcminin daha kiçik və münasib olması ilə fərqlənir. Qayışlı hərəkət ötürücüsünün əvəzinə dişli çarxdan istifadə olunması, mühərrikin gücünün xeyli artıq olması hava axınının tənzimlənməsində xüsusi rol oynayır.
Ötən günlərdə istismara verilən ventilyatorların normal iş rejimində çalışması təmin edilib. Qarşıdakı dövrdə Rusiyadan alınmış daha 6 yeni ventilyatorun quraşdırılması və bir o qədər də rotor qrupunun dəyişdirilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_metrosunda_ventilyasiya_sistemi_muasirlesdirilir-912457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR