Azərbaycan parlamanet icbari sığorta qaydalarına dəyişiklik edib

17:52 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un verdiyi xəbərə görə, dəyişikliklərə əsasən, avtonəqliyyat vasitəsinə dəyən zərərin tənzimlənməsi üzrə əlavə tələb müəyyənləşib. Belə ki, yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsi ilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. Qeyd edək ki, bu hər iki avtomobil qəza etdikdə və hər ikisi icbari sığortalı olduğu hallara aiddir.
Yəni, əgər hansısa avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulursa, zərər vuran avtomobilin sahibinin məsuliyyəti sığortalandığı sığortaçıya müraciət etmək əvəzinə öz məsuliyyətini sığortalamış sığorta şirkətinə müraciət edəcək. Ondan sonra həmin sığorta şirkəti zərərin əvəzini ödəyir və ödənilmiş məbləği zərər vurmuş sığortaçının məsuliyyətini sığortalamış şirkətdən alır. Bu da sığorta iddialarının tələblərini birbaşa tənzimlənməsi praktikasıdır.
Dəyişikliyin digəri isə nağdsız dövriyyənin artırılmasını nəzərdə tutur. Sığorta vasitəçiləri sığortalılardan nağd şəkildə qəbul etdikləri sığorta haqlarını müvafiq sığortaçının hesabına nəzərdə tutulmuş informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş sistemi vasitəsi ilə köçürəcək. Yəni, sığorta vasitəçiləri tərəfindən nağd formada təqdim olunan sığorta haqları sığortaçının bank hesabına, yəni sığortaçıya nağd pul şəklində deyil, bank vasitəsilə onun hesabına ödəniləcək. Bu ödəniş sistemi İcbari Sığorta Bürosuna bütün ödəmələr, müvafiq sığortaçıya isə onun hesabına köçürülmüş ödəmələr barədə sığorta nəzarəti orqanının müəyyən etdiyi formada elektron hesabat əldə etmək imkanı verməlidir.
Bildirək ki, qanunla və ya qanundan irəli gələn digər normativ-hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-parlamanet-icbari-sigorta-qaydalarina-deyisiklik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR