​Tələbə qızın lift şaxtasına düşmə hadisəsi ilə bağlı cinayət işi başlanıb

17:52 18 Dekabr 2015
42 Sosial
Ölkə mətbuatı
A- A+

ğBakı. 18 dekabr. REPORT.AZ/ Bakı Şəhər Prokurorluğunun paytaxtda tələbə qızın lift şaxtasına düşmə hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Prokurorluqdan “Report”a bildirilib ki, dekabrın 17-də saat 11 radələrində 1998-ci il təvəllüdlü, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılaraq birinci mərtəbədə dayanmış vəziyyətdə olan liftin üzərinə düşüb. E.Əhmədova aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/telebe-qizin-lift-saxtasina-dusme-hadisesi-ile-bagli-cinayet-isi-baslanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR