“Keşikçi dağ” sərhəd zastavası istifadəyə verilib

“Keşikçi dağ” sərhəd zastavası istifadəyə verilib
18:04 18 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Şəmkir Sərhəd Dəstəsinin “Keşikçi dağ” sərhəd zastavası kompleksinin istifadəyə verilməsi münasibətilə keçiri­lən təntə­nəli tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavi­ni general-leytenant Rəşad Sadiqov iştirak edib.

 

Xidmətdən Lent.az-a verilən məlumata görə, 2005-ci ilin oktyabr ayının 12-də şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili ilə tanış olarkən sərhəd zastavasının yerləşdiyi ərazidəki Keşikçi dağının ən uca zirvəsinə qalxması, cənab Ali Baş Komandanın qalxdığı yüksəklikdə sərhədçilər tərəfindən sonsuz ehtiramın və sədaqətin ifadəsi olaraq abidə ucal­dıl­ma­sı və həmin zirvənin “İlham Əliyev zirvəsi” adlan­dırılması açılış mərasi­min­də böyük qürur hissi ilə vurğulanıb. “Keşikçi dağ” sərhəd zasta­va­sı Şəmkir Sərhəd Dəstəsinin mürəkkəb relyefə malik ərazilərində xidmə­tin keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son iki ay ərzində istifadəyə verilən dördüncü yeni sərhəd zastavası kompleksi olması qeyd edil­ib.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olublar. Müasir tələblərə cavab verən sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Müasir tələblərə cavab verən sərhəd zas­ta­vasında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yemək­xana, xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydan­­çası, anbarlar, mərkəzləş­dirilmiş istilik və işıqlandırma sistemi, hamam-cama­şırxana və digər tikililər sərhədçilərin istifadəsinə verilib. Sərhəd zasta­vasında zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadan­lıqlarla tam təmin edilib.

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR