Tolik müğənniləri ələ saldı: "Yalandan videolar qoyub..."

Tolik müğənniləri ələ saldı: "Yalandan videolar qoyub..."
18:06 18 Dekabr 2015
63 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Tarix Əliyev (Tolik) müğənniləri ələ salıb.

Axşam.az-ın məlumatına görə, Tolik ifaçıları vergidən qorxduqları üçün toylarını gizlətməkdə günahlandırıb:

“Deyirəm, qorxu pis şeydi. Məhərrəmlik neçə gündür bitib, müğənnilər İnstaqrama toylarını qoymurlar. Amma bir neçə ay bundan əvvəl gündə toyda olmasalar da, yalandan videolar qoyub, kimlərəsə nəyisə sübut etmək istəyirdilər. İndi də edin də... Vergi (Vergilər Nazirliyi - red.) görər? Ona görə də kimlərəsə acıq verəndə, evdə oturub yalandan "toydayam" deyəndə belə olacaq.

Havayı getdikləri məclisi elə bəh-bəhlə İnstaqrama qoyub, “bugün filan yerdəyəm. Oradan çıxıb filan yerə getdim” edirdilər. Nədi-nədi camaat baxıb desin ki, gündə toyu var, deməli yaxşı müğənnidir. İndi vergilər üstlərinə düşüb deyə bilmirlər ki, biz acığa edirdik bunu. Allah köməyiniz olsun”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42768

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR