Xərçəng olan məşhur müğənni oğlu ilə (FOTO)

Xərçəng olan məşhur müğənni oğlu ilə (FOTO)
13:01 30 Dekabr 2014
544 Şou
Ölkə mətbuatı
A- A+

Xərçəng xəstəliyindən müalicə edilən məşhur rusiyalı müğənni Janna Friski uzun müddətdən sonra ilk dəfə oğlu ilə görünüb. ANS PRESS-in məlumatına görə, uzun müddətdir beyin xərçəngindən əziyyət çəkən müğənni sağalmağa doğru gedir.

Janna Friski oğlu Platon ilə Mariya Kiselevanın Moskvada "Olimpiyskiy" İdman Konsert kompleksindəki hovuzda "Şimal şəfəqini xilas edək" adı altında keçirilən şouya qatılıb.

Dekabrın 29-da keçirilən şouya Janna Friskinin oğlu Platon və həyat yoldaşı Dmitri Şepelev ilə qatılması hamının marağına səbəb olub.

Müğənninin gülüşündən həmin şouda ailəsi ilə olmaqdan razı olduğu hiss olunub. Şouda Janna Friskiyə yaxın əyləşən qonaqlar onu narahat etməməyə çalışıblar.

Qeyd edək ki, uzun müddət ABŞ-da beynindəki şişlərə görə müalicə alan, Yurmalada və Çində rahabilitasiya keçən müğənni 3 ay əvvəl Moskvaya geri qayıdıb. Müğənninin yeni ili Rusiyada ailəsinin əhatəsində qeyd edəcəyi bildirilir.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=317122

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR