Azərbaycan Omsk vilayətinin ən böyük ticarət tərəfdaşı olub

Azərbaycan Omsk vilayətinin ən böyük ticarət tərəfdaşı olub
18:13 18 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Rusiya Federasiyasının Omsk vilayətinin MDB ölkələri arasında ən iri ticarət tərəfdaşı olub.
AZƏRTAC “Eksportyorı Rossii” saytına istinadla xəbər verir ki, Omsk vilayətinin bütün əmtəə dövriyyəsinin 16, 2 faizi və ya 50,03 milyon dolları Azərbaycanla ticarətin payına düşür.
Ümumiyyətlə 2015-ci ildə Omsk vilayətinin ticarət dövriyyəsində MDB ölkələrinin payı artaraq 2014-cü ildəki 10,6 faiz (40,89 milyon dollar) müqabilində 21,8 faiz (67,25 milyon dollar) təşkil edib. Rusiyanın bu regionunun uzaq xarici ölkələrlə ən yaxşı xarici ticarət dövriyyəsi İraq (32,37 milyon dollar), Finlandiya (21,55 milyon dollar) və Türkiyə ilə (18,67 milyon dollar) yaranıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Omsk_vilayetinin_en_boyuk_ticaret_terefdasi_olub-912480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR