Nazirlikdə yaşanan faciə ilə bağlı cinayət işi açıldı

Nazirlikdə yaşanan faciə ilə bağlı cinayət işi açıldı
18:17 18 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 17 yaşlı qızın Səhiyyə Nazirliyinin liftindən yıxılmasına görə cinayət işi başlanıb.

Bakı şəhər Prokurorluğundan Milli.Az-a bildiriblər ki, dekabrın 17-də, saat 11 radələrində 1998-ci il təvəllüdlü, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılaraq 1-ci mərtəbədə dayanmış vəziyyətdə olan liftin üzərinə düşüb. E.Əhmədova aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/391351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR