Bestseller roman Azərbaycanda

Bestseller roman Azərbaycanda
18:23 18 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
“XAN” nəşriyyatı britaniyalı yazıçı Paula Hokinsin “Qatardakı qız” detektiv romanını çapa hazırlayıb.
Nəşriyyatdan AZƏRTAC-a bildirilib ki, kitab Amerikada satışa çıxdığı ilk həftələrdə 230.000 min tirajla satılıb, “Nyu York Times”ın ən çox satılanlar siyahısında birinci yerdədir, “Amazon” və “Goodreads” tərəfindən 2015-ci ilin ”Ən yaxşı” kitabı seçilib.
“Qatardakı qız” detektiv romanında bir-birindən fərqli, eyni zamanda müəyyən xüsusiyyətlərinə görə bir-birinə bənzəyən üç qadının taleyindən bəhs edilir.
Bildirilib ki, oxucular kitabı həftəsonundan etibarən şəhərin kitab mağazalarından əldə edə biləcəklər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bestseller_roman_Azerbaycanda-912489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR