AYİB Azərbaycanda qadınların biznes bacarıqlarının təkmilləşdirilməsini dəstəkləyir

AYİB Azərbaycanda qadınların biznes bacarıqlarının təkmilləşdirilməsini dəstəkləyir
18:28 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) işgüzar qadınlar üçün onların öz sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və işgüzar fəaliyyətlərinin genişləndirilməsinə imkanlar yaradan əsas maliyyə konsepsiyalarını dərindən qavramasına yardımçı olmaq məqsədilə dörd günlük seminarının ilk sessiyasına başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən 17 qadın sahibkar bu seminarın ilk sessiyasında iştirak edib.

AYİB-in Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə kiçik müəssisələr üçün məsləhət məsələləri üzrə rəhbəri Cef Ferri bildirib: “Biz qətiyyətlə inanırıq ki, qadınların sahibkarlıq fəaliyyəti yeni iş yerlərinin yaradılmasında və iqtisadi inkişafın tərəqqisində vacib rol oynayır. Məhz buna görə də bizim fəaliyyət göstərdiyimiz ölkələrdə sahibkarlıqla məşğul olan qadınların nailiyyətlər qazanması və bizneslə daha geniş şəkildə məşğul olmaları üçün onlara köməklik göstəririk. Bizim tərəfimizdən təşkil olunan silsilə xarakterli seminar ən mükəmməl beynəlxalq təcrübələrdən qaynaqlanır və seminarın tədris proqramı yerli tələblərə əsasən tərtib olunaraq seminar iştirakçılarına aşılanır. Bu proqram Azərbaycanda sahibkarlıqla məşğul olan qadınların fəaliyyətini təşviq edərək, işgüzar fəaliyyətə daha çox qadının cəlb olunmasını dəstəkləyir".

Bu seminar İlkin Keçid Dövrü Ölkələr Fondu, Avropa İttifaqı və İsveç hökuməti tərəfindən maliyyələşdirilən AYİB İş Qadınları Dəstək proqramının bir hissəsini təşkil edir. AYİB özünün tərəfdaş maliyyə qurumlarının xətti ilə kiçik və orta aahibkarlıqla məşğul olan qadın sahibkarlar üçün 50 milyon avrodan artıq kreditlərin verilməsinə imkanlar yaradacaq. Bu məbləğin 9 milyon avro məbləği maliyyələşdirilmə zamanı risklərin azaldılması və tərəfdaş banklara texniki dəstəyin göstərilməsi məqsədilə sponsor maliyyələşdirilməsinə ayrılmaqla yanaşı, qadın sahibkarlara biznesin idarə edilməsinə dair tövsiyələrin verilməsi, onlar üçün təlimlərin keçirilməsi və müvafiq olaraq təlimatlandırılmasına xidmət edir.

1993-cü ildə Azərbaycanda fəaliyyətə başlayandan bəri AYİB 700-dən artıq müəssisəyə inkişaf etmək və öz işgüzar fəaliyyətlərini genişləndirmək məqsədilə onlar üçün praktiki bilik və texnologiyaların öyrənilməsində məşvərətçi xidmətlərindən bəhrələnmək imkanları yaradıb. Aİ 2003-cü ildən bu fəaliyyəti dəstəkləmək üçün 3.7 milyon avro, İsveç Beynəlxalq İnkişaf Agentliyi isə Şərq Tərəfdaşlığı ölkələrində sahibkarlıqla məşğul olan qadınların inkişafına 47 milyon İsveç kronu dəyərində maliyyə yardımı edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2471453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR