Gözətçi 6500 manatlıq dərman preparatlarını oğurladı

18:34 18 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Saatlı polisi işlədiyi müəssisədən 6500 manat dəyərində kimyəvi dərman preparatlarını oğurlayan gözətçini saxlayıb.

 

APA TV-nin xəbərinə görə, dekabrın 14-də Saatlı Rayon Polis Şöbəsinə "CTS Aqro" MMC-nin Saatlı şəhərində yerləşən pambıq istehsalı və emalı zavodunun anbarında müxtəlif həşəratlara qarşı mübarizə üçün istifadə edilən 6500 manat dəyərində kimyəvi maddələrin oğurlanması barədə məlumat daxil olub.

 

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluq edən şəxsin kimliyi müəyyənləşdirilib.

 

10 il həmin müəssisədə gözətçi işləyən rayon sakini Mirşaiq Həşimov ilkin dindirilmə zamanı törətdiyi cinayəti etiraf edib.

 

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində istintaq davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225763

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR