Masallıda su qızdırıcısı partlayıb, azyaşlı qız yanıq xəsarətləri alıb

Masallıda su qızdırıcısı partlayıb, azyaşlı qız yanıq xəsarətləri alıb
18:37 18 Dekabr 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Masallı rayonunun Türkoba kəndində su qızdırıcısının partlaması nəticəsində 10 yaşlı Gülnar Dəyanət qızı Hacızadə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 
"Report" xəbər verir ki, hadisə kənd sakini Şabala Ağaxan oğlu Ağayevə məxsus yaşayış evinin hamamında baş verib. 
Su qızdırıcısında yaranan nasazlıq səbəbindən ətrafa qaynar su dağılıb. Uşağın anası övladını yanmaqdan qurtararkən özü də qismən yanıq xəsarəti alıb. 
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri termiki xəsarətlər alan qızı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Zəruri tibbi yardımlar göstərildikdən sonra sarğı nahiyəsindən 2-3 dərəcəli yanıq xəsarətləri alan yaralının vəziyyəti qənaətbəxş sayılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR