Şamaxıda yollar buz bağladı

Şamaxıda yollar buz bağladı
18:47 18 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Şamaxının dağlıq kəndlərinə yağan qar və şaxtalı hava yolların buz bağlanmasına səbəb olub. Yolun buz bağlaması bəzi sürücülər üçün qəza şəraiti yaradıb.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, axşamdan yağan qar Şamaxının kənd yollarını da iflic vəziyyətə qoyub. Dağlıq kəndləri birləşdirən əsas yol bir neçə saat bağlı qalıb. Buz bağlamış yollarda nəqliyyatın hərəkəti çətinləşib, bəzi avtomobillər sürüşərək yoldan çıxıb. Əsasən, Şamaxı-Pirqulu və Şamaxı-Qızmeydan yolunda gərgin anlar yaşanıb, 20 dən çox avtomobil yolda qalıb. Buzlu yolda hərəkət edə bilməyən maşınlar sürüşərək qəza təhlükəsi yaradıb. Bəzi dağ kəndləri ilə əlaqə kəsilib.

Yolda qalan sürücülərin köməyinə yoldan keçən insanlar gəlib. Bəzi avtomobillər qoşqular vasitəsi ilə hərəkət edib. Yolda yaşanan problemlərlə əlaqədar əraziyə Şamaxı yol idarəsinin işçi qüvvəsi cəlb olunub. Yollara qum və duz səpib. Qeyd edək ki, hazırda sözü gedən yol işlək vəziyyətdədir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR