ABŞ-da istifadəçilərin internetdə izlənilməsi qadağan edilə bilər

ABŞ-da istifadəçilərin internetdə izlənilməsi qadağan edilə bilər
18:48 18 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Amerikalı senatorlar Riçard Blumental və Ed Merki tərəfindən təqdim edilmiş yeni qanun layihəsi istifadəçilərin internetdəki fəaliyyətinin qanunsuz izlənilməsini qadağan edir.
AZƏRTAC “hitech.newsru.com” saytına istinadən xəbər verir ki, “Do Not Track Online Act of 2015” adlı sənəd ABŞ Federal Ticarət Komissiyasının üzərinə kontent provayderlərə istifadəçilərin icazəsi olmadan fərdi məlumatların toplanılmasını qadağan edən yeni qaydaların hazırlanması öhdəçiliyini qoyur. Qanunu pozanlar üçün mülki-hüquqi sanksiyalar nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_da_istifadechilerin_internetde_izlenilmesi_qadagan_edile_biler-912502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR