Neftçala Sənaye Məhəlləsində işlər gələn ilin əvvəlində yekunlaşacaq

Neftçala Sənaye Məhəlləsində işlər gələn ilin əvvəlində yekunlaşacaq
18:53 18 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Neftçalada salınan sənaye məhəlləsində işlərin yekunlaşması 2016-cı ilin əvvəlinə planlaşdırılır və həm vaxtdan sahibkarların ixtiyarına veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf bildirib.
"Hazırda bu məhəllə üçün 17 investisiya layihəsi AİŞ-ə təqdim olunub. İki müəssisəyə rezident statusu verilib. Birinci müəssisə balıq yemi layihəsi üzrə, digəri isə nasosların, inkubatorların və qoşquların istehsalı ilə məşğul olan müəssisələrdir. Təqdim olunan layihələr mebel, qapı-pəncərə, balıq yemi, balıq məhsulları, balıqçılıq ləvazimatları, tikinti materialları və müəyyən maşın mexanizmlərinin istehsalı layihələridir. Eyni zamanda, sənaye yönümlü xidmət layihələri sahələri üzrə təkliflər gəlib", - deyə R.Nəcəf diqqətə çatdırıb.
R.Nəcəf bildirib ki, gələcəkdə ölkənin bütün regionlarında bu cür sənaye məhəllələrinin yaradılması nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchala_Senaye_Mehellesinde_isler_gelen_ilin_evvelinde_yekunlasacaq-912505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR