Bakı, 18 dekabr, AZƏRTAC
Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, “İnter”dən dəvət edilən Nadir Qasımov zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.
Əvəzində iki futbolçu – Kamran Nəcəfəliyev (“Lokomotiv” Daşkənd, Özbəkistan) və Asim Abdullazadə (“FC92 Montrouge Paris”, Fransa) toplanışa dəvət olunub.