Gənc qızların Bakı həyəcanı (VİDEO)

Gənc qızların Bakı həyəcanı (VİDEO)
18:56 18 Dekabr 2015
47 İdman
Ölkə mətbuatı
A- A+

Bədii gimnastika üzrə ölkə çempionatına start verildi.

ANS PRESS-in məlumatına görə, Bədii gimnastika üzrə respublika birinciliyi və bölgələr arası kubokunda paytaxtın 7 idman klubu və məktəbləri ilə yanaşı bölgələrdən olan idmançılar da qüvvəsini sınayır.

Bunlar Xırdalan, Sumqayıt, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir və Naxçıvandan olan bədii gimnastlardır.

Ümumilikdə isə 160 atlet yarışın medalları uğrunda mübarizə aparır.

Çempionat 4 yaş qrupunda keçirilir ki, burada balacalar, yeniyetmələr, gənclər və böyüklər nəyə qadir olduqlarını sərgiləyəcəklər.


Azərbaycanda bədii gimnastikaya start verildi.

Regionlararası 2-ci kubok uğrunda yarışmaq şansı qazanacaqlar. Gimnastlar çıxışlarını ip, top, gürz, lent və halqalar vəsitəsilə həyata keçirəcəklər.

Start götürən bədii gimnastika üzrə Azərbaycan birinciliyi 3 gün davam edəcək. Qaliblərin adları isə tam olaraq dekabrın 19-da yəni yarışın son günündə məlum olacaq.

Bədii gimnastika İsveçdə yaranan idman növüdür. Bədii gimnastika turnirlərində yalnız qadın idmançılar iştirak edirlər. 1984 Yay Olimpiya Oyunlarıda Olimpiya Oyunlarına daxil edilən bədii gimnastikanın özünə xas qaydaları və qiymətləndirmə sistemi var.

Bədii gimnastika üzrə ilk dünya çempionatı 1963-cü ildə Budapeştdə keçirilib. Bu idman növü Olimpiya oyunlarının proqramına 1984-cü ildə daxil edilib. Məhz həmin ildən etibarən bədii gimnastlar Olimpiya Oyunlarında iştirak edirlər.

Bədii gimnastika bir idman növü kimi XIX əsrdə formalaşmağa başlayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR