Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqındaAzərbaycan Respublikası Milli Məclisinin Qərarı

18:58 18 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Ali Məhkəmənin hakimi Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Cəmilova Xəyalə Adil qızı,
Zeynallı Fərmayıl Gülmalı oğlu.
3. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Kəmalə Nəbi qızı Abiyeva Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
4. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Rafael Əmir oğlu Eyvazov Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
5. Bu Qərarın 1-ci bəndi imzalandığı gündən, 2-4-cü bəndləri 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.
 
O.Əsədov
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri

Bakı şəhəri, 18 dekabr 2015-ci il.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR