Lui van Qal: "Mourinyonun istefası mənim üçün böyük sürpriz oldu"

Daha öncə "Çelsi"nin Joze Mourinyo ilə yollarını ayırdığı barədə xəbər vermişdik.

Son olaraq "Mançester Yunayted"in baş məşqçisi Lui van Qal portuqaliyalı mütəxəssisin istefaya göndərilməsinə münasibət bildirib:

"Bu, mənim üçün böyük bir sürpriz oldu. Bunu gözləmirdim. Mourinyo görkəmli məşqçidi. Ancaq elə görünür ki, həyatda hər şey mümkündü.

Nəticə ən vacib məsələdi. İkinci isə komandadaxili, oyunçular, əməkdaşlar və məşqçilərlə münasibətlərdi.

"Çelsi"də olanlar barədə danışa bilmərəm. Ancaq bu qərara görə çox təəccübləndim".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR