Bakıda “1C” şirkətinin ilk tərəfdaşlıq seminarı keçirilib

Bakıda “1C” şirkətinin ilk tərəfdaşlıq seminarı keçirilib
19:38 18 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, Elvin Camalov, AZƏRTAC
Dekabrın 18-də Bakıda “1C” şirkətinin ilk tərəfdaşlıq seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir 1CAFA (1C Azərbaycan Françayzi Assosiasiyası) ilə birgə təşkil olunub.
Seminarın əsas məqsədi “1C”in proqram təminatı ilə tanışlıq və daha geniş təqdimatını aparmaq, “1C” Françayzi şirkətlərinə yeni məlumatları əldə etmək imkanı yaratmaqla yanaşı, 1C:Müəssisə sistem proqramlarından istifadə etməklə avtomatlaşdırma sahəsində öz təcrübəsini bölüşmək, təlim və “1C” şirkətinin proqram məhsullarının irəliləyişi və françayzinq biznesinin təşkilidir.
Seminarda “1C”in tərəfdaşları olan bir çox “1C” Françayzi şirkətləri iştirak edib. Tədbirdə biznes məsələləri ilə əlaqədar satış, dəstək, 1C:Müəssisə proqramının tətbiqi və Azərbaycan bazarında xidmətlər, həmçinin təlim və kadrların hazırlanması məsələləri üzrə “1C” şirkəti və tərəfdaş şirkətlərin əməkdaşları çıxış ediblər.
Daha sonra müştərilər üçün "Qeyri-sabit iqtisadi vəziyyət şəraitində şirkətlərin sabitliyinin artımı" adlı seminar keçirilib.
“Macro Computer Texnolology” şirkətinin texniki direktoru Kənan Kərimov bildirib ki, Rusiyanın ən böyük proqram təminatı yaradan şirkətlərindən biri olan “1C” şirkəti Azərbaycanda ən çox “1C mühasibatlıq” və “1C ticarət” proqramları ilə tanınır.
O bildirib ki, “1C” proqram təminatı çoxşaxəlidir, burada yalnız mühasibatlıq deyil, xırda mağazalardan, iri holdinqlərin avtomatlaşdırılmasına qədər həllər var. Şirkətin Azərbaycanda telekommunikasiya, ticarət, istehsalat, media və yayım sahələrində bir çox tərəfdaşları, MDB ölkələrində, Avropada, Türkiyədə, Çində nümayəndəliyi var.
2003-cü ildən Azərbaycan bazarında fəaliyyət göstərən "ICgroup" 2006-cı ildən IT konsaltinq üzrə xidmətlər təklif edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_1C_sirketinin_ilk_terefdasliq_seminari_kechirilib-912537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR