Bu movsüm baş məqçisi üçün son olacaq (FOTO)

Bu movsüm baş məqçisi üçün son olacaq (FOTO)
20:46 18 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya yımasının baş məşqçisi Visente del Boske Avro-2016-dan sonra millidəki karyerasını başa vuracağını bildirib.

ANS PRESS-in məlumatına görə, mütəxəssis bu qərarın səhhəti ilə bağlı olduğunu deyib.

64 yaşlı məşqçinin sözlərinə görə, milli komandada işləmək digər məşqçilərin də haqqı olduğunu deyib.

“Əgər hər şey normal gedişlə davam etsə, mən “Avro-2016”dan sonra yığmada karyerama son verəcəyəm. Səbəb isə mənim səhhətimlə bağlıdır. Artıq səkkiz ildir yığmada fəaliyyət göstərirəm və vəzifədən tutub qalmaq fikrim də yoxdur. Çünki milli komanda ilə işləmək digər məşqçilərin də haqqıdır. Futboldan həzz almaqla çox məqamlar yaşamışam. Amma hazırda məşqçilik karyeramın sonuna yaxınlaşmışam. Ömrümü adi həyat tərzi ilə davam etdirəcəyəm”.

Visente del Boske 2008-ci ildən baş məşqçi kimi İspaniya yığmasında çalışır. O, milli ilə 2010-cu il dünya və 2012-ci ildə isə Avropa çempionatlarını qazanıb.


Del Boske İspaniya yığması ilə Dünya çempionu olur.

Del Boske 2004 - 2005-ci ildə Türkiyənin "Beşiktaş" klubunda çalışıb. Mütəxəssis uzun müddət "Real Madrid" klubunun baş məşqçisi olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR