Ön və arxa hissəyə reklam olmaz - VİDEO

Ön və arxa hissəyə reklam olmaz - VİDEO
21:27 18 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Bəzi avtomobillərin arxa və ön hissəsinə müxtəlif məhsulların reklamı vurulur. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu vəziyyətdə arxada hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücüləri reklamı gördükdə diqqəti yayınır və nəticədə qəza şəraiti yaranır. Reklam haqqında qanuna görə, nəqliyyat vasitələrinin arxa və ön hissəsinə reklam vurulması qadağandır.

Avtomobillərin arxa və ön hissəsinə müxtəlif reklamlar vurulub.Belə reklamlar daha çox yük avtomobilərinin və sərnişin avtobuslarının arxa hissəsinə vurulur. Baxmayaraq ki, avtomobilin arxa hissəsinə vurulan reklam arxadan gələn digər avtomobilin sürücülərinin diqqətini yayındırır.

Reklam Haqqında qanun bütün nəqliyyat vasitələrinin arxa və ön hissəsində reklamın vurulmasını qadağan edir. Avtomobilin digər hissəsinə reklam xarakterli məlumatı vurmaq istəyənlər Baş Dövlət Yol Polisi idarəsinədən icazə almalıdır.

Bununla yanaşı, operativ nəqliyyat vasitələrinin üzərində də reklamın vurulması qadağandır. Həmçinin reklamın vurulması zamanı gözqamaşdırıcı lak-rəng materiallarından istifadə olunması da qadağandır. Bəs qaydalar pozan belə sürücülər nə qədər cərimə oluna bilərlər?

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR