Lodzda “Azərbaycan-Polşa münasibətlərinin tarixi” mövzusunda tədbir keçirilib

Lodzda “Azərbaycan-Polşa münasibətlərinin tarixi” mövzusunda tədbir keçirilib
21:28 18 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Polşanın Milli Müdafiə Nazirliyinin Lodz şəhərində yerləşən Xarici Dillər Hazırlığı Mərkəzində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan-Polşa münasibətlərinin tarixi” mövzusunda tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Mərkəzdə Azərbaycanın Müdafiə Nazirliyi ilə Polşanın Milli Müdafiə Nazirliyi arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq Planına uyğun olaraq, ingilis dili kurslarında Silahlı Qüvvələrimizin hərbi qulluqçuları təhsil alırlar.
Tədbirdə çıxış edən səfir Həsən Həsənov Azərbaycanın tarixindən söhbət açıb. O, ölkələrimizin münasibətlərinin qədim tarixə malik olduğunu söyləyib. Bildirib ki, ölkələrimiz arasında ilk diplomatik əlaqələr hələ 543 il əvvəl, yəni, Azərbaycan hökmdarı Uzun Həsən zamanında, 1472-ci ildə yaradılıb. Məhz həmin il ilk azərbaycanlı nümayəndələr Polşaya-Krakova səfər edərək kral ilə görüşüb, Azərbaycan hökmdarının məramını çatdırıblar.
XIX əsrdə ölkələrimizin tarixində oxşar hadisələrin baş verdiyini bildirən səfir həmin əsrin sonlarında Bakıda mövcud olan neft bumunun bir çox xarici ölkə mühəndis, memar, arxitektorları üçün gəlir baxımından cazibəli göründüyünü diqqətə çatdırıb. Bildirib ki, neft bumu dövründə Bakı və digər regionlarda polyak arxitektorları tərəfindən çoxlu sayda gözəl binalar inşa edilib. Dünyada ilk dəfə Azərbaycanda dənizdən neftin çıxarıldığını deyən H.Həsənov bu layihənin müəlliflərinin polyak Vitold Zqlinitski və Pavel Pototski olduğunu vurğulayıb.
1918-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra gənc respublikanın dövlət və hərbi quruculuğunda bir çox polyakların əvəzsiz xidmətinə toxunan səfir onların respublikanın süqutunadək ölkəmizin hüdudlarını tərk etmədiklərini, düşmənə qarşı canı bahasına azərbaycanlı qardaşları ilə birgə mübarizə apardıqlarını qeyd edib. H.Həsənov burada Polşanın azadlığı uğrunda mübarizə aparmış Azərbaycan əsilli Polşa polkovniki Vəli bəy Yadigar və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin Qərargah rəisi olmuş polyak əsilli Azərbaycan generalı Maçiey Sulkieviç haqqında toplantı iştirakçılarına məlumat verib.
Azərbaycan xalqının onun azadlığı və inkişafı naminə fəaliyyət göstərmiş bütün polyakları daim xatırladığını və onlara minnətdar olduğunu bildirən diplomat bu məqsədlə 2010-cu ildən etibarən səfirlik tərəfindən “Təşəkkürlük xatirəsi” layihəsinin həyata keçirildiyini söyləyib. O, bu layihə çərçivəsində müxtəlif dövrlərdə Azərbaycanın iqtisadi və mədəni inkişafında, müstəqilliyinin möhkəmlənməsində xidmətləri olmuş polyaklara Polşa ərazisində 2012-2015-ci illər ərzində 12 abidənin qoyulduğunu və 2016-cı ildə daha 2 abidənin qoyulmasının planlaşdırıldığını qeyd edib.
Tədbir zamanı Polşa ərazisində qoyulmuş abidələri əks etdirən təqdimat nümayiş etdirilib. Səfirlik tərəfindən Azərbaycan haqqında polyak dilində nəşr etdirilmiş kitablar H.Həsənov tərəfindən Mərkəzin kitabxanasına hədiyyə edilib.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra səfir Mərkəzdə ingilis dili kurslarında iştirak edən Silahlı Qüvvələrimizin hərbi qulluqçuları ilə görüşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Roza Qazaxıstanda kimlə görüşüb? - FOTOLAR

22 Sentyabr 2017 13:54

Hər həftə 150 dəqiqə bunu ETSƏNİZ... - Alimlərdən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2017 13:53

Stiven Cerrard, Frenk Lempard və Hari Spidin adları İngiltərə futbolunun Şöhrət Zalına daxil edilib

22 Sentyabr 2017 13:52

"Faytonçu" Nazim efirdə jurnalistlə dalaşdı - VİDEO

22 Sentyabr 2017 13:49

ADO-da növbəti YARIÇILPAQ SƏHNƏ

22 Sentyabr 2017 13:48

Mirzə Ələkbər Sabirin ev muzeyi sökülüb

22 Sentyabr 2017 13:47

"Sabah Qarabağda müharibə başlaya bilər"

22 Sentyabr 2017 13:46

Milli Məclisdə çıxış edən erməni deputat: “Anam bakılıdır, şəhəri bir az tanıyıram”

22 Sentyabr 2017 13:42

Hicran Hüseynova: "Məişət zorakılığından əziyyət çəkən insanlar üçün yeni müəssisələr tikilməlidir"

22 Sentyabr 2017 13:42

Azərbaycanlı modellərin açıq-saçıq

22 Sentyabr 2017 13:40

Struktur islahatlarından sonra Nazirlər Kabinetindəki şöbə müdirlərinin TAM SİYAHISI

22 Sentyabr 2017 13:39

Xəstənin ağciyərini 5 santımetrlik kəsikdən çıxartdılar - AZƏRBAYCAN TİBBİNİN UĞURLARI

22 Sentyabr 2017 13:38

Avroviziya təmsilçimizdən İDDİALI FOTOLAR

22 Sentyabr 2017 13:33

SOCAR “Qarabağ” yatağında dəniz özülünün yerini müəyyənləşdirib

22 Sentyabr 2017 13:32

Azər Axşam: "Yorulmuşam, baxırsan ki, təklif gəlir..."

22 Sentyabr 2017 13:30

Nyu-Yorkda GUAM-ABŞ Birgə Bəyannaməsi qəbul edilib

22 Sentyabr 2017 13:27

Azərbaycan Mərkəzi Bankı xususi monetar islahatlar proqramı hazırlayıb

22 Sentyabr 2017 13:27

Səhlab Bağırovdan Milli Şuranın mitinqi ilə bağlı XƏBƏRDARLIQ

22 Sentyabr 2017 13:24

İrandan yeni raket açıqlaması

22 Sentyabr 2017 13:21

Erməni deputatlar Bakıya səfəri haqqında: "Bunlar bizi məmnun edib"

22 Sentyabr 2017 13:19

Sabah Qarabağda müharibə başlayacaq - Erməni MƏNBƏLƏRİ

22 Sentyabr 2017 13:18

Azərbaycanlı ÇSKA - "Mançester Yunayted" oyununda

22 Sentyabr 2017 13:17

Elnarə onu tənqid edənlərə CAVAB VERDİ: “Qıcıq yaradıram”

22 Sentyabr 2017 13:13

Bakı küçələrinə atılan qanlı torbalar nədir?

22 Sentyabr 2017 13:12

Maşının vurduğu piyada 2 ay sonra öldü

22 Sentyabr 2017 13:09

Erməni deputat Bakıda Qarabağ müzakirələrinə etiraz etdi

22 Sentyabr 2017 13:08

İradə İbrahimova yenidən Bakıya və sənətə qayıtdı - FOTOLAR

22 Sentyabr 2017 13:04

Qadın toyuna minlərlə avro xərclədi - ÖZÜ İLƏ EVLƏNİR - FOTOLAR

22 Sentyabr 2017 13:03

“Qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq” - Məleykə Abbaszadə

22 Sentyabr 2017 12:59

"Qarabağ" "Sumqayıt"a qarşı - YENİLƏNİR

22 Sentyabr 2017 12:57

Azərbaycandakı sosial müəssisələrdən birində iki yeni ştat yaradılıb

22 Sentyabr 2017 12:57

"Qarabağ"ın rəqibləri arasında 62 milyonluq transfer - RƏSMİ

22 Sentyabr 2017 12:57

25 il əvvəl dünyasını dəyişən məşhur musiqiçinin holoqramması turneyə çıxacaq

22 Sentyabr 2017 12:57

AFFA Bakı klubunu sevindirdi

22 Sentyabr 2017 12:57

BAKI: Müğənni ilə jurnalist arasında efirdə dava

22 Sentyabr 2017 12:56

Şimşək və yağış - Nazirlikdən XƏBƏRDARLIQ

22 Sentyabr 2017 12:54

Sabahdan hava soyuyacaq: yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

22 Sentyabr 2017 12:53

AZAL təhlükəsizlik plombları alacaq

22 Sentyabr 2017 12:52

Avtobus sürücüsünü döyən şəxs tutuldu

22 Sentyabr 2017 12:49

Qəzaya düşən avtomobillər bizə belə satılır...

22 Sentyabr 2017 12:49

Sürətlə arıqladan ARPA YARMASI PƏHRİZİ - İnanılmaz NƏTİCƏ

22 Sentyabr 2017 12:48

Hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq

22 Sentyabr 2017 12:47

Yer kürəsinin SİRLİ YERLƏRİ – buralara mütləq getmək lazımdır

22 Sentyabr 2017 12:43

SOCAR şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb

22 Sentyabr 2017 12:42

Almaniya parlamentinin nümayəndə heyəti Bakıya səfər edəcək

22 Sentyabr 2017 12:42

Ukraynada "sxodka"ya basqın: 7 azərbaycanlı avtoritet həbs edildi - ADLAR-FOTOLAR

22 Sentyabr 2017 12:39

İran yeni ballistik raketi təqdim etdi

22 Sentyabr 2017 12:38

Natavan Aygünə söz atdı

22 Sentyabr 2017 12:38

Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaş qəbulu keçirib

22 Sentyabr 2017 12:37

General Novruzəli Orucovun oğlunun məhkəməsi təxrə salınıb

22 Sentyabr 2017 12:37