Şaxta babalığa maraq azalır - VİDEO

Şaxta babalığa maraq azalır - VİDEO
21:47 18 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Şaxta baba və qar qız olmaq istəyənlərin sayı azalıb. Bunun səbəbi nədir? Niyə onlar hələ də küçələrdə gözə dəymir. Şaxta baba olmaq istəyənlər nəyə diqqət etməlidirlər?

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, 2013-cü ildə 50, ötən il 31, bu il isə cəmi 12 nəfər müraciət edib. Yeni ilin gəlişinə cəmi 13 gün qalsa da istər paytaxtın, istərsə də digər şəhərlərin park və meydanlarında şaxta baba və qar qızlar gözə dəymir. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətindən bildirilir ki, indiyədək cəmi 12 nəfər bu işlə məşğul olmaq üçün müraciət edib. Bunu ötən illərlə müqayisə edəndə anlaşılır ki, şaxta baba və qar qız olmaq istəyənlər kəskin azalıb.

Vəziyyətə əsas səbəb kimi park və meydanlardaki yeni il şənliklərində şaxta baba və qar qız olmaq artıq yaxşı gəlir vəd etmir. Onlar əsasən sakinlərlə şəkil çəkdirərək pul qazanırdısa, indi hamı öz telefonu ilə çəkdirir. Beləcə gəlir mənbəyindən məhrum olduğundan bu işə maraq azalır.

Üstəlik bu müvəqqəti fəaliyət növü ilə məşğul olanlar 60 manat dövlət rüsumu ödəməlidirlər. Şaxta Baba və Qar Qız dekabrın 25-dən, növbəti ilin yanvar ayının 13-dək meydanlarda olacaqlar. Bu qaydalara əməl etmədən park və meydanlarda şaxta babalıq edənlər isə cərimə oluna bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR