2015-ci ildə hər səkkiz uşaqdan biri münaqişə zonasında dünyaya gəlib

2015-ci ildə hər səkkiz uşaqdan biri münaqişə zonasında dünyaya gəlib
21:53 18 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
2015-ci ildə 16 milyondan çox uşaq münaqişə zonalarında dünyaya gəlib. Bu o deməkdir ki, hər səkkiz uşaqdan biri güllə səsi və güclü top atəşi sədaları altında dünyaya göz açıb. Aydın məsələdir ki, belə şəraitdə doğulan uşaqlar hər hansı tibbi yardımdan məhrumdur.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, UNICEF-in icraçı direktoru Entoni Leyk qurumun dünyada uşaqların vəziyyəti haqqında yeni məruzəsini təqdim edərkən vurğulayıb ki, hazırda həddindən çox uşaq ekstremal şəraitdə - münaqişə və təbii fəlakət zonalarında, ifrat yoxsulluq, xəstəlik və doyunca yeməmək şəraitində həyata başlayır.
UNICEF-in başçısı “Həyata bu cür vəsiqədən betər nə ola bilər” ritorik sualını verir. Sənədin müəllifləri qeyd edirlər ki, Əfqanıstan, Mərkəzi Afrika Respublikası, İraq, Cənubi Sudan, Suriya və Yəmən kimi münaqişələrə tuş gələn ölkələrdə yeni doğulan körpələr və onların anaları böyük risklərə məruz qalırlar.
Qadınlar təhlükəli və antisanitar şəraitdə tibbi yardım olmadan doğurlar. Onların uşaqlarının ömrü çox vaxt beş gün çəkmir.
UNICEF-in məruzəsində vurğulanır ki, münaqişələr, yoxsulluq, iqlim dəyişmələrinin nəticələri və imkansızlıq milyonlarla insanı yaxşı həyat axtarışında təhlükəli səyahətlərə sövq edir.
Təkcə bu ilin doqquz ayında 200 mindən çox uşaq onlara Avropa İttifaqı ölkələrində sığınacaq verilməsi haqqında ərizə ilə müraciət edib. Onlar doğma yurdlarını müharibə, zorakılıq və təqiblərə görə 2014-cü ilin sonunda tərk edən 30 milyondan ibarət uşaqlar ordusunun sıralarını genişləndiriblər.
UNICEF-in məruzəsinə görə, hazırda hər doqquz uşaqdan biri münaqişə vəziyyətində olan ölkələrdə və bölgələrdə yaşayır. Bu uşaqlar böyük problemlərlə üzləşirlər. Onlar müalicə olunmaq və oxumaq imkanından məhrumdurlar. Hazırda uşaqlar son dərəcə yoxsul vəziyyətdə yaşayan bütün insanların demək olar yarısını təşkil edirlər, halbuki onlar dünyanın ümumi əhalisinin təqribən üçdə birini təşkil edirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2015_ci_ilde_her_sekkiz_usaqdan_biri_munaqise_zonasinda_dunyaya_gelib-912566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR