Bakı, 18 dekabr, AZƏRTAC
Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Dünya Ərəb Dili Günü ilə əlaqədar Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olublar.
Kompleksin direktoru Sevinc Rzayeva təhsil müəssisəsinin tarixi və onun Azərbaycan təhsilindəki önəmi haqqında məlumat verib.
Səfir Suzan Cəmil Nuh 18 dekabr - Dünya Ərəb Dili Günü haqqında məlumat verib və ərəb dilinin öyrənilməsinin əhəmiyyətini qeyd edib.
Sonra Təhsil Kompleksinin şagirdləri Azərbaycan və ərəb dillərində şeir söyləyib, rəqs ifa ediblər.