İsveçrə klubu Ronaldinyo ilə maraqlanır

İsveçrə klubu Ronaldinyo ilə maraqlanır
22:47 18 Dekabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

İsveçrənin "Sion" klubu 35 yaşlı Ronaldinyo ilə maraqlanır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi Braziliya millisinin keçmiş üzvünü qış transfer dönəmində heyətə qatmağı planlaşdırır.

"Ronaldinyo maraqlı variantdır. İlin əvvəlində onu transfer etmək barədə düşünəcəyik. Dəqiqdir ki, yanvarda transfer bazarında müəyyən fəaliyyətimiz olacaq. Çünki bütün turnirlərdə mübarizəni davam etdiririk. Hazırki heyəti saxlayıb 2-3 yeni oyunçu dəvət etmək istəyirik" - klubun prezidenti Marko Cennaro bildirib.

Qeyd edək ki, Ronaldinyonun son klubu iyuldan sentyabra qədər formasını geydiyi "Fluminense" olub. O, karyerası ərzində "Gremio", PSG, "Barcelona", "Milan", "Flamengo", "Atletico Mineiro" və "Queretaro" klublarının da şərəfini qoruyub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR