Rusiyada saxtakarlığa əl atan azərbaycanlı

Rusiyada saxtakarlığa əl atan azərbaycanlı
23:41 18 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Voronej şəhərində yaşayan sakinlər 22 miqrantı öz evlərinə saxtakarlıq yolu ilə qeydiyyata salıblar.

ANS PRESS-in məlumatına görə, bu sakinlərdən biri azərbaycanlıdır. O, 10 nəfər miqrantı öz yaşadığı ünvana qeydiyyata salıb.

Rusiya Federasiyanın Təhlükəsizlik Xidməti bu gün belə bir faktı aşkara çıxarıb. Həmin evinə əcnəbiləri qeydiyyata salanlara qarşı cinayət işi açılıb.

Məlum olub ki, təkcə, Voronejin özündə deyil, onun bir sıra rayonlarında yaşayan sakinlər də belə bir saxtakarlığa əl atıblar. Polis bölməsindən verilən məlumata görə, Lenin rayonda bir təqaüdçü öz evinə 5, Levabrej rayonunda bir azərbaycanlı öz evinə 10, Vernem Mamonedə yaşayan sakin də öz evinə 7 əcnəbi vətəndaşı qeydiyyata salıb. Ümumilikdə, 22 qanun pozuntusu aşkar olunub.

Beləliklə, həmin saxtakarlar Rusiya Federasiyanın cinayət məcəlləsinin 323.3 maddəsi ilə (Rusiyada vətəndaşlığı olan və olmayanları saxta yolla qeydiyata salma) təqsirli bilinərək, üzərilərində həbs qəti imkan tədbirləri görülüb.


Rusiya, Varonij şəhəri


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR