Böyük Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Midlton oğulları Corcu bağçaya göndərməyə hazırlaşırlar.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 2 yaşlı Corc yanvarda Norfolk qraflığında “Westacre Montessori School Nursery” uşaq bağçasına yollanacaq.
Şahzadə ilə hersoginya bunun müqabilində təhsil müəssisəsinə gündə 33 funt sterlinq ödəyəcək.