Gülüstan Əliyevanın solo konserti keçirilib

Gülüstan Əliyevanın solo konserti keçirilib
00:18 19 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 18-də Azərbaycan Milli Konservatoriyasında Əməkdar Artist Gülüstan Əliyevanın solo konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi Gülüstan Əliyevanın sənət və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra tədbir iştirakçıları Gülüstan Əliyevanın ifasında “Xaric Segah”, bir sıra xalq və bəstəkar mahnılarını dinləyiblər.
Konsertdə C.Cahangirovun "Gözəlim", "Süsən qızlar", A.Bəbirovun "Bənövşə", T.Bakıxanovun "Azərbaycan gölləri" mahnıları, eləcə də “Humayun” təsnifi ifa olunub. Gülüstan Əliyevanı Əməkdar Artist Ələkbər Ələkbərov (tar), Xəyyam Məmmədov (kamança), Əməkdar Artist Çinarə Heydərova (qanun), Naibə Şahməmmədova (piano), Pərviz Əlikramov (balaban), Qalib Həşimov (bas tar), Bəylər Ağayev (ud) və Ramin Abdullayev (nağara) müşayiət ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR