Erməni qorxusu: düşmən hərbi doktrinanı dəyişir

Erməni qorxusu: düşmən hərbi doktrinanı dəyişir
00:36 19 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan Müdafiə Nazirliyində iclas keçirib.

ANS PRESS-in məlumatına görə, Ermənistan prezidentinin mətbuat xidmətinin yayıdığı məlumatda bildirilir ki, iclasda 2014-2015-ci illərdə gerçəkləşdirilmiş müdafiənin strateji yenidən baxılması prosesinə yekun vurulub.

İclasın çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin 2016-2020-ci illər üzrə Silahlı Qüvvələrin inkişaf planı, həmçinin silahların və hərbi texnikanın inkişafı üzrə dövlət proqramı müzakirə edilib. Serj Sarkisyan bildirib ki, Ermənistan Ordusunun yüksək müasir texnika ilə təchizi ilə yanaşı, həm də bu texnikadan istifadə üçün peşəkarlıq imkanları artırılmalıdır.


Ermənistan Müdafiə Nazirliyində iclas


Erməni şərhçi Akop Badalyan bunu Ermənistanın hərbi doktrinasının dəyişməsi kimi dəyərləndirir: “Vəziyyət ona görə mürəkkəbdir ki, Ermənistanla Azərbaycan arasında elə qüvvələr balansı yaranıb ki, iri miqyaslı toqquşma qanlı və uzun müddətli ola bilər. Azərbaycanı güc yolu ilə dayandırmaq üsulları geniş miqyaslı toqquşma riski yaradır”.

Göründüyü kimi, Ermənistan tərəfi Azərbaycanının artan hərbi gücündən narahat olublar. Azərbaycanı güc yolu ilə dayandırmağı mümkün olmadığını başa düşən Ermənistan öz ordusunu güclənldirməyə, qüvvələr nisbətində balansa nail olmaq istəyir.

Serj Sarksiyanın İsveçrənin Bern şəhərində sabah Azərbaycan prezidenti İlham Əliyevlə keçiriləcək görüş öncəsi Ermənistan Müdafiə Nazirliyində geniş iclas keçirməsi də təsadüfi deyil. O, real vəziyyəti anlamağa çalışır.

Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov ANS PRESS-ə müsahibəsində Ermənistanın qüvvələr nisbətində balansa nail ola bilməyəcəyini vurğulayır: “Ermənistan artıq vəziyyətin nə qədər ciddi olduğunu anlamağa başlayır. Onlar hətta 4-5 il fəal çalışsalar belə Azərbaycan ordusunun gücünün 50% səviyyəsinə belə qalxa bilməyəcəklər. Azərbaycanın əldə etdiyi silahlar Ermənistan ordusunun silahlarından qat-qat modern və güclüdür”.


Üzeyir Cəfərov - polkovnik-leytenant, Müdafiə Nazirliyinin keçmiş əməkdaşı


Üzeyir Cəfərovun fikrincə, Ermənistan ordusu hətta Azərbaycanın Naxçıvanda yerləşən Əlahiddə Ümumi Qoşununun qarşısında cavab verməyə qadir deyil: “Onlar Rusiyanın 102-ci hərbi bazasına güvənirlər. Amma anlamırlar ki, həmin bazanın Qarabağ döyüşlərinə dəxli yoxdur. Ermənistan Azərbaycanla döyüşməyə qadir deyil və buna görə də vaxt udmağa çalışır, ATƏT-in Minsk qrupunun həmsədrləri də bu işdə ona yardım edir”.

Amma bu məsələnin özü belə Ermənistanın gələcəyini uçuruma aparır. Erməni xalqı gələcəkdə baş verə biləcək müharibə təhlükəsi qarşısında narahat olur və ailəsini kənara çıxarmağa çalışır. Bu isə Ermənistandan gücülü miqrasiyaya səbəb olur. Hazırda Ermənistanda real olaraq 1,4 milyon adam qalıb. Amma Rusiyada 2,4 milyon nəfərlik, Amerikanın Kaliforniya ştatında isə 1 milyon nəfərlik erməni icması formalaşıb ki, həmin insanların nə vaxtsa Ermənistana dönəcəyinə inanmaq çətindir. Artıq Ermənistanda 100-dən artıq kənd tamamilə yoxa çıxıb, bir neçə yüz kənddə isə yalnı kənd icra başçılarının ailəsi qalıb və onlar sadəcə evlərə qarovulçuluq edirlər. Yəni Serc Sarkisyan klanının udmağa çalışdığı vaxt Ermənistanının əleyhinə işləyir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367632

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR