Azərbaycan qrossmeysteri Rauf Məmmədov blits üzrə Avropa çempionu olub

Azərbaycan qrossmeysteri Rauf Məmmədov blits üzrə Avropa çempionu olub
00:38 19 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan qrossmeysteri Rauf Məmmədov blits üzrə Avropa çempionu olub.
AZƏRTAC xəbər verir ki, dekabrın 18-də Minskdə başlayan blits üzrə Avropa çempionatında 600-dən artıq iştirakçı birincilik uğrunda mübarizə aparıb. 22 mümkün xaldan 18 xal toplayan azərbaycanlı şahmatçı Rauf Məmmədov Avropa çempionu tituluna layiq görülüb. İkinci və üçüncü yerləri rusiyalı şahmatçılar Boris Savçenko və Aleksandr Ryazantsev tutublar.
Dekabrın 19-da çempionat rapid üzrə davam edəcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_qrossmeysteri_Rauf_Memmedov_blits_uzre_Avropa_chempionu_olub-912591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR