Əfvə düşənlər barədə (VİDEO)

Əfvə düşənlər barədə (VİDEO)
01:06 19 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

İlin sonunda Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni il münasibətilə əfv fərmanın imzalanacağı gözlənlir.

Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev “Nəzər Nöqtəsi”ndə əfvə salınacaq insanların adlarına aydınlıq gətirib.

– Azay müəllim, artıq əfv fərmanı ilə bağlı ciddi fikirlər səsləndirili. Məhz bu gün Milli Məclisdə də bu məsələ bir daha gündəmə gətirilib. Özəliklə əfv fərmanı əsasən kimlərə şamil olunacaq?


- Əfv fərmanının kimlərə şamil olunmasını əlbəttə ki, cənab prezident müəyyənləşdirəcək. Qeyd edim ki, əfv haqqında əsasnamə var. Əsasnaməyə görə, kimlər əfv oluna bilər, hansı hallarda müraciətlər müzakirəyə qəbul edilə bilər, bütün bunlar açıq şəkildə sənəddə qeyd olunub. Eyni zamanda Əfv Komissiyasının əsasnaməsi də ictimaiyyətə açıqdır. Adətən əfvə az-ağır cinayət törətmiş yaxud da törətdiyi cinayət nəticəsində zərərçəkən və konkret həmin məhbusdan şikayətçi olmayan bu kimi hallar müsbət hallar sayılı. Əfv Komissiyası bunları nəzərə alır. Eləcə də burada məhbusun törətdiyi cinayətin ictimai təhlükəsizlik məsələsi də çox önəmlidir. Əgər məhbus ictimaiyyət üçün təhlükəlidirsə, təbii ki, Əfv Komissiyası bununla bağlı müsbət rəy vermir.

- Əfv fərmanın düşmək üçün gərək məhbus tərəfindən müraciət də olunmalıdır. Bu əsas şərtdirmi?

– Əlbəttə məhbusun özü və onun hüquqlarını müdafiə edən şəxslər, millət vəkilləri, yaxud da onun qanuni nümayəndəsi əfv üçün müraciət edə bilərlər.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR