Obama türk qoşunlarını İraqdan çıxarmağa çağırdı

Obama türk qoşunlarını İraqdan çıxarmağa çağırdı
01:19 19 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, söhbət zamanı ABŞ lideri türkiyəli həmkarını İraqla münasibətlərdə gərginliyin azaldılması üçün səy göstərməyə çağırıb.

 

Obama həmçinin Türkiyəni hərbçilərini İraq ərazisindən çıxarmağa çağırıb.

 

Dövlət başçıları İŞİD-ə qarşı mübarizə və Suriyadakı vəziyyəti də müzakirə edib.

 

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəni hərbçilərini İraq ərazisindən çıxarmağa çağırmışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225787

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR