Azərbaycan qrossmeysteri Rauf Məmmədov blits üzrə Avropa çempionu olub

Azərbaycan qrossmeysteri Rauf Məmmədov blits üzrə Avropa çempionu olub
01:28 19 Dekabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan qrossmeysteri Rauf Məmmədov blits üzrə Avropa çempionu olub.

Trend-in məlumatına görə, dekabrın 18-də Minskdə başlayan blits üzrə Avropa çempionatında 600-dən artıq iştirakçı birincilik uğrunda mübarizə aparıb. 22 mümkün xaldan 18 xal toplayan azərbaycanlı şahmatçı Rauf Məmmədov Avropa çempionu tituluna layiq görülüb. İkinci və üçüncü yerləri rusiyalı şahmatçılar Boris Savçenko və Aleksandr Ryazantsev tutublar.

Dekabrın 19-da çempionat rapid üzrə davam edəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2471504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR