​Ucarda ər arvadını amansızlıqla qətlə yetirib

​Ucarda ər arvadını amansızlıqla qətlə yetirib
02:17 19 Dekabr 2015
173 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Ucar rayonunda dəhşətli qətl hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Elman Xanoğlan oğlu Abbasov ilə həyat yoldaşı, 1996-cı il təvəllüdlü Aytən Məmməd qızı Abbasova arasında, o, qonşu Türkəci kəndində, bacısıgildə olarkən mübahisə düşüb. Bu zaman Elman Aytənlə aralarında yaranan münaqişə zəminində onu yerə yıxaraq, başını asfalt örtüyə çırpmağa başlayıb. Nəticədə zərərçəkən ölüb. Hadisə baş verən zaman Elman içkili olub.
Onların birgə nikahdan 3 aylıq qız övladları var.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədirlər.
Qətli törədən şəxsin tutulması istiqamətində axtarış tədbirləri görülür. Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi üzrə cinayət işi açılıb. İstintaq aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/ucarda-er-arvadini-amansizliqla-qetle-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR