PKK-ya qarşı əməliyyatlar davam edir (VİDEO)

PKK-ya qarşı əməliyyatlar davam edir (VİDEO)
03:51 19 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin cənub-qərb bölgəsində vəziyyət yenidən gərginləşib və əsl döyüş meydanına çevrilib. Komendant saatının tətbiqindən sonra hökümət qoşunları PPK terrorçularına qarşı aktiv döyüş əməliyyatlarına başlayıb və onlarla terrorçu məhv edilib.

ANS TV-nin məlumatına görə, hökümət qoşunların PPK terrorçularına qarşı aktiv döyüş əməliyyatları davam edir.

Ötən gün Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi məlumatda qeyd edilir ki, bu günə qədər üç minə yaxın terrorçu məhv edilib və Türkiyə ərazisində terror qruplaşmalarına aid olan dayaq məntəqləri bütünlüklə dağıdılıb. Bundan sonra da terrorçulara qarşı əməliyyatlar aktiv şəkildə davam etdiriləcək.

Qeyd edək ki, hökümət qoşunlarının son bir ay ərzində 4 rayon üzrə apardıqları əməliyyatlar zamanı 89 terrorçu öldürülüb, 300-ə yaxın PPK terror qruplaşmasının üzvüləri isə həbs olunub.

Hazırda Türkiyə Silahlı Qüvvələri həm havadan, həm də qurudan Diyarbakır və Mardin bölgələrində terror qruplaşmalarına qarşı əməliyyatları davam etdirir. Həmin ərazidə komendant saatı tətbiq olunub.

Xatırladaq ki, son bir həftə ərzində həyata keçirilən əməliyyatlar zaman beş türk əsgəri şəhid olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR