Obama 40 illik neft qadağasını ləğv etdi

Obama 40 illik neft qadağasını ləğv etdi
04:16 19 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatları Konqresi gələn ilin büdcə layihəsini qəbul edib. Layihə imzalanmaq üçün prezident Barak Obamaya göndərilib.

Layihədə federal agentliyin xərclərinin artırılması, həm sıravi vətəndaş, həm də bisnez qurumları üçün vergilərin azaldılması nəzərdə tutulur. Büdcə senatınn 65 lehinə, 33 əleyhinə səsverməsi ilə qəbul olunub.

Layihənin həcmi isə 1.14 trilyon dollar təşkil edir.

Layihəyə əsasən, qarşıdakı 10 il ərzində vergilər 680 milyard dollar həcmində ixtisar olunacaq. Eyni zamanda, hərbi xərclərin artırılması da layihədə nəzərdə tutulur.

Respublikaçılar Amerika neftinin ixracına qarşı qoyulan qadağanın aradan qaldırılması məsələsində də qalib gəliblər.

Son məlumatlara görə, Barak Obama Konqresin 2016-cı il üçün təsdiqlədiyi federal büdcəni imzalayıb. Büdcəyə əsasən xam neft ixracına olan 40 illik qadağa ləğv olunub.


ABŞ Konqresi

Qeyd edək ki, ABŞ-dan xam neftin xaricə tədarükünə qadağa 1975-ci ildə qoyulmuşdu. Bu hüquqi-normativ akt Yaxın Şərqdə münaqişə nəticəsində yaranmış enerji böhranı dövründə, ərəb ölkələri tərəfindən 1973-cü ildə Qərb ölkələrindən neftin tədarükünə qoyulan embarqodan sonra tətbiq edilmişdi.

Amerika hökumətinin 40 il sonra neft ixracına qarşı qoyulan qadağanı aradan qaldırması qlobal neft hasilatının stabilləşməsinə kömək edə bilər. Lakin istehlakçılar qısa dönəmdə bundan mənfəət əldə edə bilməyəcəklər. Amerikalı ekspertlər belə düşünürlər. Onların sözlərinə görə, qadağanın aradan qaldırılması OPEK kartelinə də təsir etməyəcək.

Amerika gün ərzində 9.2 milyon barel neft istehsal edir.

Ekspertlər qeyd ediblər ki, Amerika nefti ilə Yaxın Şərqdə neftin qiymət fərqi az olduğu üçün Amerikanın bu regiona neft ixrac edəcəyi gözlənilmir. Neftin qiyməti son 11 ildə ilk dəfə ən aşağı səviyyəyə çatıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR