​Yaponiya təyyarəsi tüstü səbəbindən təcili eniş edib

​Yaponiya təyyarəsi tüstü səbəbindən təcili eniş edib
06:42 19 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Yaponiyanın "All Nippon Airways" aviaşirkətinə məxsus "Boeing 767" sərnişin təyyarəsi Naxa şəhərinə (Okinava perfekturası) təcili eniş edib.
"Report" TASS-a istinadən xəbər verir ki, təyyarə pilotların kabinasında tüstülənmə səbəbindən eniş etmək məcburiyyətində qalıb.
Layner Tokio-Taybey reysini yerinə yetirirmiş. Hava gəmisi Okinavadan 300 km. şimal-qərbdə, təqribən 10 km. yüksəklikdə olarkən, kabinanı ağ tüstü bürüyüb.
Təyyarədə olan 198 sərnişindən heç biri zərər çəkməyib. Onların hamısı təyinat məntəqəsinə digər təyyarə ilə göndəriləcəklər.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yaponiya-teyyaresi-tustu-sebebinden-tecili-enis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR