Telekanal binasında yanğın, 4 yaralı

Telekanal binasında yanğın, 4 yaralı
07:06 19 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Kanal G” televiziyasının zirzəmisində olan studiyasında partlayış hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, İstanbul şəhərində yerləşən Kanal G televiziya binasındakı alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb, onlardan 1 nəfərinin vəziyyəti ağırdır. Yanıq xəsarətləri alan televiziya əməkdaşları xəstəxanaya yerləşdirilib.



“Kanal G” televiziyasının rəhbəri Necati Selvitopun açıqlamasına görə, partlayış televiziya binasının zirzəmisində yeni pavilyonun quraşdırılması zamanı qaynaq işlərindən yaranan yanğın nəticəsində baş verib.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR