Azərbaycanda bu sahədə qiymətlər qalxdı

Azərbaycanda bu sahədə qiymətlər qalxdı
07:41 19 Dekabr 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gündən başlayaraq ABŞ valyutasının nisbətən bahalaşması artıq elektrotexnika və mobil telefon mağazalarında qiymət artımına səbəb olub. Alıcılar artımın olduğunu desələr də satıcılar bunu inkar edir.

Şəhər sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda bəzi mağazaların üzərində müəyyən faiz dərəcəsi ilə endirim yazılsa da, bu endirimə nəinki əməl edilmir, hətta avadanlıqlarda bahalaşma hiss olunur. Bakı sakini Samir Hüseynov deyir ki, bu gün telefon mağazasından 249 manata mobil telefon alıb:

"Həmin telefonu keçən ay eyni mağazada 230 manata görmüşdüm. Qiymətdə bahalaşma olduğunu satcıya desəm də o, mənimlə razılaşmadı. Ancaq aldığım telefonda olduğu kimi, digər telefonlarda da qiymət artımı müşahidə edilirdi".


Məişət texnikası mağazası

Qiymətlərin nisbətən bahalaşmasından şikayət edən təkcə telefon almaq istəyən vətəndaşlar deyil. Şəhər sakinləri məişət texnikasının qiymətlərinin də bahalaşdığını bildirirlər.

Nadir Əliyev adlı sakin isə bu gün 589 manata yeni televizor alsa da qiymətlərin bahaşalmasından şikayət edən vətəndaşlardandır. Onun sözlərinə görə, aldığı televizor bir neçə ay bundan qabaq daha ucuz qiymətə təklif edilirdi: "Mən keçən ay 589 manata aldığım televizoru 568 manata elə həmin mağazada görmüşdüm. Satıcıya qiymətin qalxdığını desəm də o mənimlə razılaşmadı. Ancaq qiymətlər qalxıb, bunu keçən aylardakı qiymətləri bilən vətəndaşlar özləri də müşahidə edə bilərlər".


Telefon mağazası

Satıcı Elnur Abdurrahmanov isə Nadir Əliyevin dediyinin əksini iddia edir. Onun sözlərinə görə, məişət texnikalarının qiymətində heç bir artım yoxdur: "Vətəndaşa 589 manata satdığımız televizor əvvəl də elə həmin qiymətə olub. Mağazamız məhsulları əvvəl neçəyə satıbsa, indi də elə həmin qiymətə müştərilərə təklif edilir. Düzdür son vaxtlar dollar cüzi bahalaşıb. Ancaq hələlik bu artım bizə o qədər də təsir etmədiyinə görə, qiymətləri qaldırmamışıq".

Telefon mağazasının satıcısı da özünə mobil telefon alan Samir Hüseynovun dediklərini əsassız sayır. Həmin satıcı da Elnur Abdurrahmanov kimi müştərinin dediklərinin əksini iddia edir.

Ancaq satıcı qiymət artımının olacağını istisna etmədi: "İki gün əvvəl ABŞ Federal Ehtiyat Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25%-dən 0,5%-ə qədər yüksəltməsi düşünürəm ki, bizim qiymətlərə də təsir edəcək. Çünki məhsulları xaricdən gətirdiyimiz üçün dollarla alırıq. Yaxın günlərdə şirkətimiz xaricdən məhsul gətirdikdən sonra qiymət artımının olu-olmayacağına qərar verəcəyik".



Şəhərdəki mağazalarda apardığımız araşdırmalar əksər ictimai iaşə obyektlərində əvvəlki aylara nisbətən artım olduğu görünürdü. Düzdür satıcılar bununla razılaşmasalar da hazırda piştaxtalarda qoyulan qiymətlər satıcıların haqlı olduğunu ortaya çıxarır.

Yeni il bayramının yaxınlaşması xarici ölkələrdə olduğu kimi, ölkəmizin insanlarında bir çox sahələrdə endirimlər olacağı barədə düşüncələr yaranmasına səbəb olmuşdu. Təəssüflər olsun ki, Azərbaycanda ictimai iaşə obyektlərinin əksərinin sahiblərində yeni ildə endirim edilməsi ilə bağlı şüur hələlik formalaşmayıb. Xoşa gələn hal olardı ki, yeni il bayramı yaxınlaşdığında mağazalar endirim etsinlər və insanlar da bayramı heç olmasa endirim sevinci ilə keçirsinlər.

Həmçinin oxu: ABŞ-ın dollar qərarı azərbaycanlıları hərəkətə keçirdi (FOTO)

Bakı sakinlərinə kələk gələnlər



Telefon mağazası

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367607

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR