​Obama Türkiyəni qoşunlarını İraqdan çıxarmağa çağırıb

​Obama Türkiyəni qoşunlarını İraqdan çıxarmağa çağırıb
07:42 19 Dekabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı İraqın ərazi bütövlüyünə hörmət etməyə və qoşunlarını bu ölkədən çıxarmağa çağırıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Obamanın Ərdoğanla telefon söhbətinin yekunu üzrə Ağ ev məlumat yayıb.
"Obama prezident Ərdoğanı İraqla münasibətlərdə gərginliyin azaldılması üçün, eləcə də, Türkiyə qoşunlarının çıxarılması yolu ilə əlavə tədbirlər görməyə çağırıb", - deyə idarənin məlumatında bildirilir.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə qoşunlarını İraqdan çıxarmayacağını və peşmərgənin təlimlərini davam etdirəcəyini bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR