Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcək

Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcək
08:42 19 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Komissiyasının hesabatına əsasən, müəyyən edilmiş prosedurlar başa çatdıqdan sonra Gürcüstan vətəndaşları Şengen zonasında vizasız hərəkət edə biləcəklər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan XİN-in açıqlamasında bildirilir.

"Gürcüstan və Avropa İttifaqı arasında mövcud olan əməkdaşlığı nəzərə alaraq, 2016-cı ilin əvvəlində Avropa Komissiyası Avropa İttifaqının 539/2001 qərarına düzəlişlərin edilməsinə dair rəsmi təklif irəli sürəcək. Təkliflər qəbul edildikdən sonra Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedə biləcəklər", - məlumatda deyilir.

Dekabrın 18-də Avropa Komissiyasının dərc etdiyi hesabata görə, Gürcüstan tərəfindən Viza rejiminin liberallaşdırması üzrə hərəkət planının ikinci fazasının dörd bloku üzrə tələblərin yerinə yetirilməsi Avropa və beynəlxalq standartlara uyğundur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR